Direktor Həqiqət Şükürova
02 iyul 2021 09:47 (UTC +04:00)

Direktor Həqiqət Şükürova

Videosu ilə məşhurlaşan məktəb direktorundan YENİ XƏBƏR-FOTO

Bakının Binəqədi rayonunda yerləşən 23 saylı Kəlbəcər rayon məktəbinin direktoru Şükürova Həqiqət Əvəz qızı və İbrahimov Emil Ramiz oğlunun cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin icraatına verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsilə ittiham elan edilib.

Qeyd edək ki, H.Şükürova bu il mayın ortalarında özünü şəxsi avtomobilində musiqi sədaları altında çəkdiyi videosu ilə məşhurlaşmışdı. O, iyun ayında dələduzluqda təqsirli bilinərək, Binəqədi rayon Məhkəməsinin hakimi Faiq Əmirəliyevin qərarı ilə direktor vəzifəsindən azad edilib.

Direktor Həqiqət Şükürova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9576
avatar

Mehman Nəbiyev

Oxşar yazılar