Azərbaycanda vətən müharibəsi iştirakçısı bıçaqlanıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Yevlax rayonunda qeydə alınıb. Ağdaş rayon sakini, 29 yaşlı Aqil Sadıqov döş qəfəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən Mayıl Həsənov qaçıb. Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış işlərini davam etdirir.
Qeyd edək ki, bıçaqlanan Aqil Sadıqov vətən müharibəsi iştirakçısıdır. O, Suqovuşanın azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilib.
Aqil Sadıqov hazırda MAXE kimi orduda xidmət edir.