Usta bağ evində faciəli şəkildə öldü
22 iyun 2021 17:39 (UTC +04:00)

Usta bağ evində faciəli şəkildə öldü

Sumqayıtda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Novxanı bağları yaşayış massivində qeydə alınıb. Bağ evlərindən birində aparılan tikintidə usta işləyən 55 yaşlı Süleymanov Yaşar Cümşüd oğlu hündürlükdən yıxılıb. Hadisə nəticəsində ağır xəsarətlər alan kişini xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

# 1902
avatar

Oxşar yazılar