Rusiyanın Sankt-Peterburq şəhərində 36 yaşlı miqrant sosial şəbəkələrdə uşaq pornosunu yaymaqda şübhəli bilinərək saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb .
Məlumata görə, polis Butlerov küçəsində Azərbaycan vətəndaşını saxlayıb. O, yetkinlik yaşına çatmayanların iştirakı ilə pornoqrafik materialların alveri maddəsi ilə cinayət törətməkdə şübhəli bilinir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 242.1-ci maddəsinin 2-ci hissəsi (“İnternetdən istifadə edərək yetkinlik yaşına çatmayanların pornoqrafik təsvirləri olan materialların və ya əşyaların hazırlanması və yayılması”) ilə cinayət işi başlanıb.