Omsk vilayətində uşaq evinin keçmiş şagirdi müəssisənin direktorunu zorlamada ittiham edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 32 yaşlı qadının sözlərinə görə, kişi onu bir neçə il zorlayıb. Həmin vaxt kişi uşaq evinin müdiri olub.
Məlumata görə, qız ilk dəfə 12 yaşında zorakılığa məruz qalıb. Sonra uşaq kömək istəməyə çalışsa da, ona inanmayıblar.
Keçmiş müdirə qarşı zorlama maddəsi ilə cinayət işi açılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını aydınlaşdırır və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.