Türkiyədə fəhlələri daşıyan yük maşınında olan və qəzadan ağır yaralarla sağ çıxan 18 yaşlı universitet tələbəsi Doğukan Əzizoğlu xəstəxanada dünyasını dəyişib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Əzizoğlunun bu il Bayburt Dəmirözü Peşə Yüksekokulu Mülki Aviasiya və Nəqliyyat ixtisasını qazandığı və təhsil almaq üçün şəhərə getdiyi məlum olub.
Məlumata görə, Ərzurumun girişində sürücünün idarəetməni itirməsi və yol kənarındakı binanın divarına çırpılması nəticəsində yük maşını aşıb.
Qəza zamanı yük maşınının arxasında oturan 4 yaralı işçini yoldan keçənlər maşından çıxarıb. Avtomobildə olan 2 nəfərlə birlikdə xəstəxanaya çatdırılan Əzizoğlu səhər saatlarında dünyasını dəyişib.
Əzizoğlunun Bingölün Karlıova rayonundan Ərzuruma gələn işçiləri müşayiət etdiyi və oradan da Bayburta gedəcəyi öyrənilib. O, qəzada həyatını itirməsəydi, bu il məktəbdə ilk dərsdə iştirak edəcəkdi.