UNEC-in tələbəsi dənizdə batdı - YENİLƏNİB  - FOTO
22 iyul 2021 10:36 (UTC +04:00)

UNEC-in tələbəsi dənizdə batdı - YENİLƏNİB - FOTO

Ötən gün Novxanıda dənizdə (qeyri-çimərlik ərazidə) batan şəxsin tələbə olduğu məlum olub.  

Lent.az-ın əldə etdiyi məlumata görə, dənizdə boğularaq ölən İsmayılov Zaur Raqib oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci kurs tələbəsi imiş.

Qeyd edək ki, Zaur İsmayılov İsmayıllı rayonunda anadan olub. 

Tələbə Zaur İsmayılov

***

21 iyul saat 17:59

Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-cü il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb. 

Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Z. İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 10:10

Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər batıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5616
avatar

Nigar Adil

Oxşar yazılar