Üç uşaq suda batdı - CƏLİLABADDA DƏHŞƏT
08 iyun 2021 22:06 (UTC +04:00)

Üç uşaq suda batdı - CƏLİLABADDA DƏHŞƏT

2

Cəlilabad 3 nəfər su anbarında boğulub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Gülməmmədli kəndində baş verib. Rayonun İnili kənd sakinləri olan 2015-ci il təvəllüdlü Həmzə Yaqubov və onun atası Nizami Yaqubov, həmçinin qardaşlar - 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov İncəçay su anbarına düşüblər. Onlardan yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub. Uşaqların meyiti sudan çıxarılıb.

İlkin məlumata görə, hadisə su anbarının yanında şəkil çəkdirərkən olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 5927

Oxşar yazılar