Türkiyədəki xilasedicilərimizin növbəti qrupu Bakıya qayıdıb - FOTO
02 mart 2023 17:05 (UTC +04:00)

Türkiyədəki xilasedicilərimizin növbəti qrupu Bakıya qayıdıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu Bakıya qayıdıb.

Lent.az xəbər verir ki, xilasediciləri gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Hava limanında onları qarşılama mərasimində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, FHN-ın Mülki Müdafiə Qoşunların komandanı, general-leytenant İlham Abdullayev, Türkiyənin Azərbaycandakı Səfirliyinin hərbi attaşesi, general-mayor Zəkəriyyə Yalçın, daxili işlər müşaviri İlhan Şen, media müşaviri Hüseyn Altınalan digər rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin ümumilikdə 760 nəfər əməkdaşı Türkiyənin zəlzələ bölgəsinə göndərilmişdi. Dünən onlardan 236 nəfəri Vətənə qayıdıb. Bu gün də çevik xilasetmə qüvvələrinin 236 nəfəri Vətənə qayıdıb.

# 1383
avatar

Oxşar yazılar