Türkiyədə polis bölməsinə hücum edən 16 yaşlı yeniyetmə xəstəxanada ölüb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
***
12:07
İzmirdə silahlı hücum nəticəsində yaralanan polislərin sayı artıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaralananların sayının 6 olduğu məlum olub.
***
11:00
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində iki polis şəhid olub, bir polis isə yaralanıb.
Yaralı polisin vəziyyətinin ağır olduğu qeyd olunur.
Hücumun 16 yaşlı uşaq tərəfindən edildiyi bildirilir.