Ağdaş sakinini elektrik cərəyanı vurub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Nehrəxəlil kəndində qeydə alınıb.
1978-ci il təvəllüdlü Taryel Hüseynov özünə məxsus traktorun üzərində qaynaq cihazı ilə təmir işi görən zaman onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.