Toylarla bağlı monitorinqin cavabı AÇIQLANDI
10 avqust 2021 09:55 (UTC +04:00)

Toylarla bağlı monitorinqin cavabı AÇIQLANDI

Avqustun 9-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 290 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, monitorinq 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 
- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2217 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Mehman Nəbiyev

Oxşar yazılar