Toylarda  YOXLAMA:   iki günə 664 nəfər...
18 oktyabr 2021 19:31 (UTC +04:00)

Toylarda YOXLAMA: iki günə 664 nəfər...

Oktyabrın 16 və 17-də Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 204 toy şənliyinin monitorinqini keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, monitorinq 137 şadlıq sarayı və 67 həyətyanı sahədə keçirilən toy məclislərində baş tutub.

Nəticədə toy şənliklərində karantin rejimi qaydalarını pozduqları üçün 76 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunub.

664 nəfər COVID-19 pasportu olmadığı üçün toy şənliklərinə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4116
avatar

Mehman Nəbiyev

Oxşar yazılar