Toyda mahnı sifarişinə  görə döyüldü
11 sentyabr 2024 11:21 (UTC +04:00)

Toyda mahnı sifarişinə görə döyüldü

Ağstafa sakini Göygöldə toyda döyülüb.

Lent.az xəbər verir ki, hadisə rayon ərazisindəki şadlıq saraylarının birində qeydə alınıb.

Ağstafa rayon sakini 37 yaşlı E. Nəbiyev xuliqanlıq zəminində döyülərək xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakini R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin musiqi sifarişi üstündə baş verdiyi deyilir./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932
avatar

Oxşar yazılar