Toya çox qonaq gəldi:  restoranın icarədarı   cərimələndi
12 noyabr 2021 09:23 (UTC +04:00)

Toya çox qonaq gəldi: restoranın icarədarı cərimələndi

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Yoxlamalar zamanı “Səma” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Qayda pozuntusuna yol verən obyektin icarədarı A.Abbasov barəsində qanunvericiliyə uyğun tədbir görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Mehman Nəbiyev

Oxşar yazılar