Karantin pozulan toy
23 noyabr 2021 12:03 (UTC +04:00)

Karantin pozulan toy

Toy sahibi 10 qonağa görə cərimələndi - FOTO

Zaqatalanın Uzunqazmalar kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı 10 nəfərdən çox qonağın COVID-19 pasportu olmadığı üçün toy sahibi Mirzap Kaçiyev barəsində protokol tərtib edilib və o, 200 manat cərimələnib.

Digər bir qayda pozuntusu isə “Şam” restoranında keçirilən toy mərasimində qeydə alınıb. Mərasim barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb və obyektin sahibi Əhməd Babayev inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Mehman Nəbiyev

Oxşar yazılar