Tovuzda avtomobil elektrik dirəyinə çırpıldı.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Hunlar kəndində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Kənan Namiq oğlu İsmayılovun idarə etdiyi “Vaz 2107” markalı avtomobil idarə etməni itirərək elektrik dirəyinə çırpılaraq aşıb.
Nəticədə avtomobildə olan 2002-ci il təvəllüdlü sərnişin Vüsal Şakir oğlu Rzayev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı cinayət işi açılıb.