TIR avtobusa, yük və minik maşınlarına  ÇIRPILDI
17 iyun 2021 13:40 (UTC +04:00)

TIR avtobusa, yük və minik maşınlarına ÇIRPILDI

 

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan TIR idarəetmənin itməsi nəticəsində yol kənarına dayanan "Mercedes" markalı sərnişin avtobusuna, "Mitsubishi" markalı avtomobilə və "Shacman" markalı yük maşınına çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

# 1992
avatar

Oxşar yazılar