İyunun 30-da Abşeron rayonu ərazisindəki ticarət mərkəzlərinin birindən 3416 manat dəyərində noutbuk, 4 ədəd kamera və videoproyektor oğurlanıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini C.Quliyev saxlanılıb.