Sumqayıtda təcili tibbi yardım maşını qəzaya uğrayıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Bakı və Ağa Quliyev küçələrinin kəsişməsində təcili tibbi yardım avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində təcili tibbi yardım maşınında olan 3 nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.