Tanışını "Şərab evi"nin qarşısında  bıçaqladı
04 aprel 2024 12:36 (UTC +04:00)

Tanışını "Şərab evi"nin qarşısında bıçaqladı

Bakıda bıçaqlanma baş verib. 

Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Şərab evi” mağazasının qarşısında qeydə alınıb. 

Fuad Təyyar oğlu Baxşıyev mağazanın qarşısında tanışı Orxan Ramiz oğlu İsmayılzadə ilə aralarında mübahisə yaranıb. Şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı cibində gəzdirdiyi bıçaqla bir neçə dəfə sonuncuya bədən xəsarəti yetirib.  

F.Baxşıyev şübhəli şəxs qismində tutulub.

# 1785
avatar

Fidan İlqar

Oxşar yazılar