Tanış olduğu qızla kinoya getmək istədi, başına OYUN GƏLDİ  - Azərbaycanda
15 mart 2024 11:37 (UTC +04:00)

Tanış olduğu qızla kinoya getmək istədi, başına OYUN GƏLDİ - Azərbaycanda

Azərbaycanda kişi sosial şəbəkədə dələduzluqla üzləşib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bir kişi tanışlıq proqramında qadınla tanış olub. Qarşı tərəf ona kinoya getməyə təklif edib və bilet almaq üçün link göndərib. Kişi də həmin linkə daxil olub və özünün bütün bank kartı məlumatlarını əlavə edib. Nəticədə tanış olduğu “qadın” onun 1750 manatını ələ keçirib.

DİN bu barədə bir daha vətəndaşlara müraciət edərək, kart məlumatlarını sirr saxlamağı, kiməsə etibar etməməyi tövsiyə edib. Bildirilib ki, belə halla üzləşdikdə isə dərhal polisə məlumat verin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5009

Oxşar yazılar