Sürücü polisdən polisə şikayət etdi: YALANI ÜZƏ ÇIXDI
30 oktyabr 2021 13:49 (UTC +04:00)

Sürücü polisdən polisə şikayət etdi: YALANI ÜZƏ ÇIXDI

DİN-in “102 - Zəng Mərkəzi”nə oktyabrın 29-na keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən C.Qubadova məxsus “Niva” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla C.Qubadovun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılması və avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra onun qərəzli olaraq polisə yalan məlumat verməsi müəyyən edilib. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1720

Oxşar yazılar