ABŞ-ın Miçiqan ştatındakı məktəblərdən birinin 7-ci sinif şagirdi cəsarətli hərəkəti sayəsində qəhrəman olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sürücü maşın sürərkən huşunu itirəndə avtobusu saxlamağı bacarıb.
13 yaşlı Dillon Rivz ğzünü itirməyib və o anda onlarla sinif yoldaşının olduğu avtobusu özü idarə edib.
Məktəb rəhbərliyi Dillonun qəhrəmanlığını yüksək qiymətləndirərək, ictimaiyyət qarşısında təşəkkür edib.