Sürət həddini aşan NAZİR  sürücülük hüququndan   məhrum edildi
10 yanvar 2024 19:35 (UTC +04:00)

Sürət həddini aşan NAZİR sürücülük hüququndan məhrum edildi

Avstriya Maliyyə Nazirliyinin rəhbəri Maqnus Brunner sürət həddini aşdığı üçün dörd həftəlik sürücülük vəsiqəsindən məhrum edilib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, nazir avtomobili saatda 130 kilometrdən çox sürətlə idarə edib. Həmin yolda isə sürət həddi saatda 80 kilometrdir. 

Qeyd olunur ki, nazirliyin rəhbəri şəxsi görüşə BMW 7 markalı xidməti avtomobillə gedirmiş. Yol polisi Brunneri Reyn Vadisi avtomobil yolundakı (A14) Dornbirn-Zyud qovşağında saxladıb.

Maliyyə Nazirliyi qurum rəhbərinin “baş verən hadisədən təəssüfləndiyini” bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 49352

Oxşar yazılar