Sumqayıtda odlu silahla xuliqanlıq edən tutuldu
01 fevral 2023 12:34 (UTC +04:00)

Sumqayıtda odlu silahla xuliqanlıq edən tutuldu

0

Sumqayıt sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 31-də saat 19 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş R.Dadaşovun xuliqanlıq zəminində tüfəngdən havaya atəş açması müəyyən olunub. Polis əməkdaşları ondan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürüblər.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1856

Oxşar yazılar