Sumqayıtda kişi dəm qazından boğularaq ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Tağıyev qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü Tarıverdiyev Rəhim Rəhman oğlu fərdi yaşayış evində dəm qazından boğulub.
Hadisə bir gün əvvəl baş verib, meyit bu gün aşkar olunub.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.