Sumqayıtda ər-arvad  bir-birini bıçaqladı
19 oktyabr 2023 15:28 (UTC +04:00)

Sumqayıtda ər-arvad bir-birini bıçaqladı

0

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. 

Şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 19-da 1984-cü il təvəllüdlü Elvira Məmmədovanın çoxsaylı bıçaq xəsarətləri alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir.

Qeyd edək ki,  E.Məmmədovanın həyat yoldaşı 1987-ci il təvəllüdlü Mehman Rüstəmov özünə də xəsarət alıb. İlkin məlumata görə, onlar bir-birinə xəsarət yetiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7124

Oxşar yazılar