Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına yerləşdirilən 12 nəfərdən 10 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hazırda 1 nəfərin (kişi cinsli) müalicəsi Neyrocərrahiyyə (vəziyyəti ağır olmaqla), digər 1 nəfərin (vəziyyəti orta ağır olmaqla) müalicəsi isə Təcili yardım şöbəsində davam etdirilir.
***
17:41
Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.
3 saylı marşrut avtobusu "TIR" la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.