Tərtərdə silahlı insident olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Əskipara kəndində baş verib.
Kənd sakini Rəsul Ağayev pambıq sahəsinin suvarılması üstündə həmkəndlisi Namiq Hüseynova silahdan atəş açıb.
Nəticədə güllə Namiq Hüseynovun avtomobilinə dəyib.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.