Spirtli içkidən halı pisləşdi, həkimlər gələnəcən keçindi - QAZAXDA
27 iyun 2021 08:44 (UTC +04:00)

Spirtli içkidən halı pisləşdi, həkimlər gələnəcən keçindi - QAZAXDA

0

Qazax rayon sakini qəfildən dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.

50 yaşlı Qurbanov Təmiraz Comərd oğlunun yaşadığı evdə halı pisləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılıb. Çağırışa gələn həkimlər 50 yaşlı kişinin artıq dünyasını dəyişdiyini müəyyən ediblər.

Yaxınlarının sözlərinə görə, spirtli içkinin təsirindən T.Qurbanovun halı pisləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2822

Oxşar yazılar