"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir".
Bu barədə APA-ya SOCAR-dan bildiriblər.
Məlumatda əlavə olunub ki, "Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimal palçıq vulkanının püskürməsidir".
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, partlayış "Ümid" yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib.
***
Saat 22:25
Xəzər dənizinin Azərbaycan sektorunda partlayış baş verib.
Lent.az xəbər verir ki, neft hasilatı platformasında meydana gələn partlayış sonradan güclü yanğına çevrilib.
Ətraflı məlumat veriləcək.