Rusiyanın Buryatiya vilayətinin Treskovoe kəndində ev yanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, yanğın söndürüldükdən sonra şkafda uşaqların cəsədləri aşkar edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ehtimal olunur ki, uşaqlar şkafda yanğından və tüstüdən gizlənməyə çalışıblar. Ölənlərin dörd, iki və bir yaşında olduğu bildirilir.
39 kvadratmetr ərazini əhatə edən yanğın 8 mütəxəssis və 3 ədəd xüsusi texnika tərəfindən söndürülüb. Hazırda tikililərin yerində suvarma işləri aparılır.
Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, hadisə zamanı ölən uşaqların valideynləri qonşulara qonaq gediblər.