Siyəzəndə azyaşlı bacısı oğlunu  döyən dayı belə cəzalandırıldı
16 yanvar 2026 14:23 (UTC +04:00)

Siyəzəndə azyaşlı bacısı oğlunu döyən dayı belə cəzalandırıldı

0

Siyəzəndə kişi bacısı oğlunu döyüb.

Lent.az xəbər verir ki, hadisə şəhərin Şamil Baxşıyev küçəsindəki fərdi yaşayış evində qeydə alınıb.

35 yaşlı Şabran rayon sakini Vüsal Nadirov (ad və soyad şərtidir) sərxoş halda bacısının Siyəzən şəhərindəki evinə gedib. O, qapını xeyli döysə də, açan olmayıb. Zərərçəkənin sözlərinə görə, dayısı içkili olduğu üçün onu evə buraxmaq istəməyib.

Lakin Vüsal Nadirov qapını qıraraq, içəri daxil olub və bacısı oğlu olan zərərçəkəni yerə yıxıb. Yerdə uzanıqlı olan uşağın başına dabankeşlə 2-3 dəfə vurub. Azyaşlının sözlərinə görə, dayısı evdəki kassadan 100 manatlıq qəpikləri götürərək, gedib.

Bu əməlinə görə, Vüsal Nadirov saxlanılıb və barəsində inzibati protokol tərtib olunub. Zərərçəkən ifadəsində dayısını bağışlamadığını və ondan şikayətçi olduğunu deyib.

Siyəzən rayon Məhkəməsinin qərarı ilə Vüsal Nadirov barəsində 350 manat cərimə cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar