Dağıstanın yol polisi 17-ci əsrin axırı, 18-ci əsrin ortalarında yaşamış Hacı Davudu yol hərəkəti qaydalarını pozduğuna görə cərimələyib.
Lent.az-ın yerli KIV-ə istinadən məlumatına görə, Hacı Davudun şəkli kameralara düşdüyünə görə ona cərimə yazılıb.
Belə ki, Hacı Davudun şəkli "Qazel" markalı avtomobilin şüşəsinin üstündə olub. Kameraya isə sürücünün sifəti yox, Hacı Davudun şəkli düşüb. Nəticədə belə bir kurioz hadisə olub.
Xatırladaq ki, 17-ci əsrdə Hacı Davud Şirvan hakimi olub.
Lent.az radarın görüntüsünü təqdim edir: