Şirvan sakini bıçaqlanıb.
Lent.az xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib.
Şəhər sakini, 1981-ci il təvəllüdlü Bağırov Rafət Əhmədağa oğlu münaqişə zəminində bıçaqlanıb.
Yaralı çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Şirvan Şəhər Xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb.
Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı