Məhkəmə şirkətin keçmiş rəhbərinin qanunsuz olaraq təxminən 157 milyon dollar əldə etdiyini müəyyən edib. Məhkəmə onun cinayətlərini dövlətin və xalqın maraqlarına ciddi ziyan vurmaq kimi qiymətləndirib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, dekabrın 9-da Çində rüşvətxorluqda günahkar bilinən China Huarong International Holdings Limited maliyyə şirkətinin keçmiş baş direktoru Bay Tyanhuya edam edilib.
Bay Tyanhuyanın edamı Ali xalq məhkəməsinin qərarına əsasən, Çinin şimalındakı Tyantzyan şəhərində həyata keçirilib.
2024-cü ilin may ayında Tyantzyan Ali Xalq Məhkəməsi Bay barəsində ölüm cəzası çıxarıb, ömürlük siyasi hüquqlarından məhrum edilib, bütün şəxsi əmlakını müsadirə olunub və qanunsuz yolla əldə edilmiş bütün vəsaitlərin dövlətə təhvil verilməsini əmr edib.

Apelyasiyaya baxmayaraq, Tyantzyan Ali Xalq Məhkəməsi 2025-ci ilin fevral ayında hökmü qüvvədə saxlayıb.
İşin yekun dinləməsi zamanı Ali Xalq Məhkəməsi müəyyən edib ki, Bay 2014-2018-ci illər arasında rəsmi səlahiyyətlərindən istifadə edərək başqalarına layihələrin əldə edilməsində və maliyyələşdirmənin cəlb edilməsində kömək edib və bunun üçün ümumi məbləği 1,108 milyard yuan (təxminən 157 milyon dollar) olan rüşvət alıb.
Ali Xalq Məhkəməsi aşağı məhkəmənin qərarını və ölüm hökmünü qüvvədə saxlayıb.
Hökm icra edilməzdən əvvəl Baya ailəsi ilə vidalaşmağa icazə verilib.