Şirvanda sirkə turşusu içən 36 yaşlı qadın xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyulun 5-də Şirvan sakini, 1985-ci il təvəllüdlü Mürsəlova Gülnaz Fikrət qızı 70%-li sirkə turşusu içərək intihara cəhd edib.
Qadın ağır vəziyyətdə qida borusunun və mədənin kəskin kimyəvi yanığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Gecə saatlatrında qadın dünyasını dəyişib.