İyunun 21-də Samux rayonu, İstixana qəsəbəsi ərazisində V.Əliyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən T.Məmmədov ayaq nahiyəsindən yaralanıb..
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Samux rayon Polsi Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əliyevdən müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.