Sərxoş vəziyyətdə maşını binaya çırpdı: ANASI ÖLDÜ
02 noyabr 2023 09:31 (UTC +04:00)

Sərxoş vəziyyətdə maşını binaya çırpdı: ANASI ÖLDÜ

Saatlıda ölümlə nəticələnən avtomobil qəzası baş verib. 

Lent.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb. 

Belə ki, 2000-ci il təvəllüdlü Emil Elşad oğlu Astanov  etibarnamə əsasında, sərxoş vəziyyətdə idarə etdiyi “VAZ- 21063” markalı avtomobili binaya çırpıb. 

Nəticədə avtomobildəki sərnişin, Emil Astanovun anası, 1959-cu il təvəllüdlü Aybəniz Xanoğlan qızı Astanova aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. 

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3217

Oxşar yazılar