Kuzbassda sürücülük vəsiqəsi olmayan sərxoş qadın avtomobillə anasını vurub.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Sovetskaya küçəsində baş verib. 67 yaşlı qadını xilas etmək mümkün olmayıb. Hadisə yerinə gələn polis əməkdaşları və Dövlət Yol Müfəttişliyinin əməkdaşları avtomobilin mərhumun qızı tərəfindən idarə olunduğunu müəyyən ediblər.
Məlumata əsasən, “Dodge Intrepid” markalı avtomobili idarə edən 44 yaşlı qadın geriyə dönərkən manevrin təhlükəsiz olduğuna əmin olmayıb və anasını vurub.
Ekspertiza göstərib ki, qadının bədənində spirtin səviyyəsi həddən üç dəfə çox olub. O da məlum olub ki, qadının sürücülük vəsiqəsi yoxdur, avtomobil isə ona sürməyə icazə verən ərinə məxsusdur. Qadına və onun ərinə qarşı bir neçə cinayət işi açılıb.