Şərurda sürücü öz avtomobilində dostunu bıçaqlayıb öldürdü
30 aprel 2023 12:37 (UTC +04:00)

Şərurda sürücü öz avtomobilində dostunu bıçaqlayıb öldürdü

Aprelin 29-u 1981-ci il təvəllüdlü Mürsəl Hüseynəliyevin Şərur rayon Mərkəzi xəstəxanasında ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1980-ci təvəllüdlü Abdulla Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şərur rayonu ərazisində özünə məxsus avtomobildə dostu Mürsəl Hüseynəliyevin sağ ayağının bud nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.  Abdulla Abdullayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Oxşar yazılar