"Sən mənim anamı, atamı öldürmüsən" - Xaçatryanın məhkəməsi  - YENİLƏNİB
01 noyabr 2023 11:45 (UTC +04:00)

"Sən mənim anamı, atamı öldürmüsən" - Xaçatryanın məhkəməsi - YENİLƏNİB

Er məni terrorçu Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində daah bir zərərçəkmiş ifadə verib.

Lent.az xəbər verir ki, zərərçəkmiş Nadir Əkbərov “sən mənim anamı, atamı öldürmüsən” deyib:

“Sən qatilsən. Bütün hadisəni sən törətmisən. Anamı, atamı öldürmüsən. Mən səni yaxşı tanıyıram. Kəndə buna “Vaqi” deyirdilər. Səhərə yaxın kəndə hücum edib mikrafonla bütün silahları yerə qoyub təslim olmaqlarını istədilər. Kənd camaatı kim çölə çıxdı, güllələdilər. Qabaqlarına uşaq, gəlin, qoca, cavan kim çıxdı öldürdülər.

Vaqiflə şəxsi münasibətim olmayıb. Amma tanıyırdım onu. Görmüşəm. Bu gün Vaqifin danmağına baxmayın. Mən çox yaxşı tanıyıram onu da, ailəsini də”.

Zərərçəkmiş niyə Vaqifə güllə dəymədiyini deyib:

“Sən bilirsən niyə sənə güllə dəymiyib? Çünki sən yolu göstərirdin, girib qırırdılar. Sonra sən içəri girib yaralılara işgəncə verirdin”.

***
Saat: 10:55

Meşəli qətliamında günahlandırılan Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakim Zeynal Ağayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəməyə iki teleqram daxil olduğu bildirilib.

Zərərçəkmiş Əli Mehraliyeva teleqram göndərərək qeyd edib ki, məhkəmədə iştirak edə bilmir və istintaqdakı ifadəsini təsdiq edir.

Digər zərərçəkmiş Sədaqət İsmayılov Gədəbəy rayonunda yaşadığını və səhhətində olan problemlərə görə iştirak edə bilməyəcəyini deyib. 

Daha sonra məhkəmə zalında olan rərçəkmiş Salman Rəhimov ifadə vermək üçün kürsüyə dəvət edilib.

Onun sözlərinə görə, gecə yatdığı yerdə nənəsi başından güllələnib:

“Səhərəyaxın saat 5 radələrində ermənilər kəndə hücum etdi. Yerimizdə yatdığımız yerdə mən və bacım ayaqlarımızdan güllə yarası aldıq. Kənd camaatı hamısı Vaqifin şəxsən bu hadisədə əli olduğunu dedi. Nənəm, babam başından güllələnib. Demək olar ki, nənəmin başı yox idi. Vaqifə ömürlük həbs cəzası istəyirəm”.

***
Saat: 10:36

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılır.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci il dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5574
avatar

Fidan İlqar

Oxşar yazılar