Şəmkirdə polis zabiti yol qəzasında öldü -FOTO  -YENİLƏNİB
30 aprel 2023 09:56 (UTC +04:00)

Şəmkirdə polis zabiti yol qəzasında öldü -FOTO -YENİLƏNİB

0

Lent.az APA-ya istinadən qəzada həyatını itirən polis zabiti 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin fotolarını təqdim edir.

***

08:53

Şəmkirdə baş verən qəzada 1 nəfər ölüb 4-ü yaralanıb.

Lent.az xəbər verir ki, qəzada polis zabiti 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev həyatını itirib.

Xəsarət alan 4 nəfərin adı aşağıdakı kimidir:

Toğrul Quluzadə (2001);

Azər Bəhlulzadə (2022);

Fİkrət Bağırov (2001);

Zirəddin Mahmudov (1997).

***

08:18

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DiN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

S.Əliyev polis zabiti olub, Gədəbəy RPŞ-də xidmət edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8661

Oxşar yazılar