Şəmkirdə ikinci bədbəxt hadisə qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsi ərazində yerləşən əkin sahəsində baş verib.
Sahədə işləyən Diləfrüz Qurbamovanı ildırım vurub.
Qadın hadisə yerində ölüb.
Qeyd edək ki, bundan öncə ildırım rayonun Yeni Həyat kənd sakini 61 yaşlı Z.Musayevi vuraraq öldürmüşdü.
***
01:04
Şəmkirdə 61 yaşlı kişini ildırım vurub.
Lent.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində baş verib.
Kənd sakini olan 1963-cü il təvəllüdlü Z.Musayevi evinin yaxınlığında ildırım vurub. 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki bundan əvvəl Gəncədə 24 yaşlı gənci ildırım vuraraq ağır xəsarət yetirib, Tovuzda isə 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.