Şəmkirdə 40 yaşlı kişi dəm qazından zəhərələnək ölüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. 40 yaşlı rayon sakini yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini, 1982-cı il təvəllüdlü Abulrəhimov Elbrusun yaşadığı evdə dəm qazından zəhərlənərək ölməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırma zamanı məlum olub ki, E.Abulrəhimov hamamda dəm qazından boğulub. Faktla bağlı araşdırmalar davam etdirilir.