Balakən narkotik satan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Şəki şəhər sakini Nüsrət Həsənovun Katex kəndi ərazisində narkotik vasitə saxlaması və satışını həyata keçirməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin əraziyə baxış keçirilən zaman oradan saxlanılan şəxsin yabanı halda bitmiş 460 ədəd narkotik tərkibli çətənə bitkilərini kökündən çıxararaq qurutmaq üçün sərdiyi aşkarlanıb.
Davam etdirilən tədbirlərlə N.Həsənovun həmin çətənə kollarından yığaraq satış məqsədilə hazırladığı 92 kiloqramdan artıq qurudulmamış marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.