Şəkidə kütləvi dava:   17 yaşlı oğlan xəstəxanalıq oldu
16 avqust 2022 20:38 (UTC +04:00)

Şəkidə kütləvi dava: 17 yaşlı oğlan xəstəxanalıq oldu

Şəkidə 17 yaşlı gənci həmyerliləri döyüb xəstəxanalıq ediblər.

Lent.az xəbər verir ki,  bu gün günorta saatlarında rayonun Baş Zəyzid kənd sakini 17 yaşlı Vüqar Əhmədov bədənin müxtəlif nahiyələrinin küt travması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Müayinə zamanı V. Əhmədovun bir-neçə həmkəndlisi  tərəfindən döyüldüyü məlum olub. 

V. Əhmədovun döyülməsi faktını DİN-nin Mətbuat Xidmətinin Şəki Regional Qrupu da təsdiq edib.

Gəncin bir-neçə şəxs tərəfindən döyülməsi faktı ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmaya başlanılıb.

Vüqar Heydərov
 

# 3153
avatar

Oxşar yazılar