Şəkidə həkimi  maşın vurdu -FOTO
04 iyul 2024 12:07 (UTC +04:00)

Şəkidə həkimi maşın vurdu -FOTO

Şəkidə piyadanı maşın vurub.

Lent.az xəbər verir ki, Nicat Məlikov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən piyada, 64 yaşlı Gülnarə Məmmədovanı vurub. Hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.

Nicat Məlikov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada 64 yaşlı Gülnarə Məmmədovanı vurub. Gülnarə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəki RMX-da göz həkimi kimi əhaliyə xidmət göstərir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Oxşar yazılar