Qeyri-sabit havanın səbəbi  AÇIQLANDI
21 iyun 2024 12:51 (UTC +04:00)

Qeyri-sabit havanın səbəbi AÇIQLANDI

Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin əsas səbəbi şimal-qərbdən ölkə ərazisinə daxil olan siklonik prosesdir.

Lent.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib. O bildirib ki, siklonun arxa hissəsində formalaşan atmosfer cəbhəsinin təsiri nəticəsində təhlükəli ildırım bulud sistemləri formalaşır, nəticədə şimşək çaxır, leysan xarakterli yağış yağır:

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir ", - o vurğulıayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3351
avatar

Oxşar yazılar